Sürücülər üçün vacib xəbər: yollarda xüsusi tablolar yerləşdiriləcək - VİDEO

Avtoxəbər 14 Yanvar 2019 21:25 Oxunub 1299
Sürücülər üçün vacib xəbər: yollarda xüsusi tablolar yerləşdiriləcək - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün bunların icrasının 2021-ci ilə qədər yekunlaşdırılması planlaşdırılır

Azərbaycanda yollarda təhlükəsizliyi təmin etmək üçün daha bir addım atılacaq. Avtosfer.az xəbər verir ki, bir çox Avropa ölkələri , o cümlədən qonşu Türkiyədə də tətbiq edilən sürücünüsürəti barədə əvvəlcədən məlumatlandırma sistemi ölkə yollarında da quraşdırılacaq.

Bütün bunlar ''Yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda nəzərdə tutulub. Bu proqram özündə bir sıra yenilikləri ehtiva edir.

Eyni zamanda ölkənin bütün yollarında sürət optimallaşdırılacaq, daha çox qəza baş verən ərazilər nəzarətə götürüləcək.

Bütün bunların icrasının 2021-ci ilə qədər yekunlaşdırılması planlaşdırılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh