Avtomobil velosipedlə toqquşdu:ölən və yaralanan var

Qəzalar 15 Yanvar 2019 09:50 Oxunub 720
Avtomobil velosipedlə toqquşdu:ölən və yaralanan var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Ağdaş rayonunda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın "Report"a istinadən xəbər verir ki, hadisə Mürsəl kəndi yaxınlığından keçən magistral yolda baş verib. Belə ki, “Mercedes” markalı minik avtomobili velosipedlə toqquşub. Hadisə nəticəsində 1994-cü il təvəllüdlü velosipedçi Osmanov Məhəmməd Rəşid oğlu yerində ölüb. 1971-ci il təvəllüdlü Abdullayev Elçin Rza oğlu isə ağır vəziyyətdə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh