İti vurmamaq üçün avtomobilini 50 metrlik uçuruma aşırdı - FOTO

Qəzalar 15 Yanvar 2019 10:19 Oxunub 852
İti vurmamaq üçün avtomobilini 50 metrlik uçuruma aşırdı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Əzilmiş avtomobili qaldırıcı kran köməkliyi ilə aşdığı yerdən çıxarılıb

İti vurmamaq üçün manevr edən sürücü avtomobilini aşırıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza Bursa-Ankara magistral yolunda  baş verib. Anidən qarşısına çıxan iti vurmamaq üçün manevr edən sürücünün idarəetməsindən çıxan avtomobil aşıb və metrələrcə sürüklənərək 50 metrlik uçuruma düşüb.

İki ağacın arasında tərs dayanan avtomobilin sürücüsü qəzadan xəsarət almadan xilas olub.  

Qəzanı görənlərin xəbər verməsi ilə hadisə yerinə gələn yol polis əməkdaşları ərazidə təhlükəsizlik tədbirləri görüblər.

Əzilmiş avtomobili qaldırıcı kran köməkliyi ilə aşdığı yerdən çıxarılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh