Avtobusdan sallananlar və tullananlar - VİDEO

Avtosfer TV 15 Yanvar 2019 12:27 Oxunub 1590
WhatsApp kanalımıza abunə ola bilərsiniz
99-XO-136 qeydiyyat nişanlı avtobusun sürücüsü qapıları açıq vəziyyətdə sərnişin daşıyıb

Zabrat yolunda hərəkət edən avtobusun təhlükəli şəkildə sərnişin daşıması ilə bağlı çəkilən video görüntüsü redaksiyamıza göndərilib. Avtosfer.az xəbər verir ki, görüntülər yanvarın 14-də qeydə alınıb. Balaxanı istiqamətində hərəkət edən 105 saylı xətt üzrə fəaliyyət göstərən 99-XO-136 qeydiyyat nişanlı avtobusun sürücüsü qapıları açıq vəziyyətdə sərnişin daşıyıb. Avtobus hərəkətdə olan zaman qapılar açıq olduğu üçün sərnişinlər avtobusdan sallaşaraq gediblər.

Bu vəziyyət sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatı üçün çox təhlükəlidir.

Həmin görüntüləri sizə təqdim edirik.

Təbriz

ŞƏRH YAZ
Ad

E-mail

Şərh