Yeni nəsil “Mercedes-Benz CLA” tezliklə Azərbaycanda olacaq - FOTOLAR

Avtobazar 15 Yanvar 2019 12:51 Oxunub 2116
Yeni nəsil “Mercedes-Benz CLA” tezliklə Azərbaycanda olacaq - FOTOLAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobil unikal MBUX məlumat-əyləncə sistemi ilə təchiz edilib

Mercedes-Benz CLA-nın dördqapılı kupesi daha da idmansayağı oldu. Avtomobili almaq üçün əvvəlcədən sifarişlər 2019-cu ilin yazında qəbul olunmağa başlayacaq. İkinci nəsil Mercedes-Benz CLA Las Veqasda keçirilmiş İstehlakçı Texnologiyası Sərgisində (Consumer Electronics Show) nümayiş olunmuşdur. Avtomobilin dünyaya tanıdılması üçün məhz bu yerin seçilməsi təsadüfi deyil. Avtomobil yeni texnologiyaların tətbiq olunduğu unikal MBUX məlumat-əyləncə sistemi ilə təchiz edilib. Məhz bu cəhət avtomobilin bazarda təşviqi üçün əsas olmalıdır.  Görünür, nəqliyyat vasitələrinin yeni qavrayış forması dövrü yaxınlaşır. Hər bir halda, şirklətin marketoloqları avtomobilə fərqli baxış bucağından baxan yeni istehlakçı qrupunu müəyyənləşdiriblər. 
Avtomobilləri onların mühərrikləri, qutuları və aparatlarına görə qiymətləndirməyə alışmış istehlakçıları yeni nəsil Mercedes-Benz CLA məyus etməyəcək. Belə ki, avtomobilin bütün ənənəvi üstünlükləri saxlanılıb.
Mercedes-Benz-in Azərbaycandakı baş nümayəndəliyi “Avtokapital-Azərbaycan” şirkətinin satış üzrə direktoru Rauf Şahverdiyevin sözlərinə görə, avtomobili almaq üçün əvvəlcədən sifarişlər 2019-cu ilin yazında qəbul olunmağa başlayacaq.
Sifarişlər aşağıdaki ünvanlarda qəbul ediləcək:

Autostar Kaukasus
Tel.: +994 12 496 50 50 / +99412 976 

Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh