Qarın hündürlüyü 3 metrə çatdı: evlər, binalar görünməz oldu - FOTO

Avtosfer Foto 15 Yanvar 2019 22:44 Oxunub 1941
Qarın hündürlüyü 3 metrə çatdı: evlər, binalar görünməz oldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rayonda havanın hərarəti gecə -30 dərəcəyə qədər düşür

Türkiyənin Tunceli əyaləti son illərin ən çətin qışlarından birini yaşayır. Şəhərdə bəzi rayonlarda qarın hündürlüyü 2 metrə, Ovacıq rayonunda isə 3 metrə yaxınlaşıb.

İntensiv yağan qarın həyatı iflic etdiyi Ovacıqda, bir çox ev, məktəb və binalar görünməz hala gəlib.

Avtosfer.az xəbər verir ki, binaların 1-ci mərtəbələrinin qarın altında qaldığı rayonda, gecə -30 dərəcəyə qədər düşən şaxta vətəndaşlara çətin anlar yaşadır.

Kürəklə yol açan sakinlər, uzun illər sonra ilk dəfə belə bir qış mövsümünün yaşandığını dilə gətiriblər.

Bir çox vətəndaş qar və şaxtalı hava səbəbilə problemlər yaşadıqlarını dilə gətirərkən, digərləri də qarın yağmasından məmnun olduqlarını bildiriblər.

Avtosfer.az İHA-ya istinadən Ovacıq rayonundan bəzi maraqlı görüntüləri təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh