Havaya qalxan təyyarədə yanğın

Qəzalar 15 Yanvar 2019 17:00 Oxunub 1242
Havaya qalxan təyyarədə yanğın
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bütün sərnişinlər təyyarədən təxliyyə olunublar

“Etihad” hava yolları şirkətinə məxsus təyyarə yanğın səbəbindən Mançester hava limanına qəza enişi edib. Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Mançester – Abu Dabi reysini həyata keçirən təyyarədə olan sərnişinlərdən biri Qraham Ecclestone, Facebook səhifəsindən qəza ilə bağlı bu sözləri paylaşıb: “Əvvəlcə qalxdıq. 10 dəqiqə sonra Mançesterə təcili eniş etdik. Təyyarənin arxa hissəsində az bir yanğın çıxdı. Yanğınsöndürənlər yanğına müdaxilə edir”.

Hava limanı rəsmisi məlumatı təsdiqləyib və yanğınsöndürənlərin hadisə yerində olduğunu bildirib.

Bütün sərnişinlər təyyarədən təxliyyə olunublar.

Təyyarədə baş verən nasazlığın hansı səbəbdən baş verdiyi açıqlanmayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh