Hacıqabulda ağır yol qəzasında ər-arvad xəsarət alıb

Qəzalar 15 Yanvar 2019 16:33 Oxunub 1099
Hacıqabulda ağır yol qəzasında ər-arvad xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Hacıqabul rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın “Report”a istinadən məlumatına görə, hadisə Bakı-Qazax magistralının rayonun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı sakini, 1969-cu il təvəllüdlü Rafiq Nuru oğlu Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil təkərinin partlaması nəticəsində yoldan çıxaraq aşıb.

Nəticədə sürücü və avtombildə olan həyat yoldaşı, 1962-ci il təvəllüdlü Dilşad Mürsəl qızı Xıdırova müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirlib. Sonuncu kəllə-beyin travması ilə xəstəxananın Reanimasiya şöbəsinə köçürülüb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh