Ayda ilk dəfə pambıq yetişdirilib – FOTO

Maraqlı 15 Yanvar 2019 22:24 Oxunub 1113
Ayda ilk dəfə pambıq yetişdirilib – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aya müxtəlif bitki və tərəvəz, o cümlədən, kartof və kələm toxumlarının olduğu hermetik saxlanc göndərilib

Aya enmiş “Çanye-4” Çin zondunun göyərtəsində elmi eksperiment məqsədilə gətirilmiş ilk toxumlar yetişib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu haqda “South China Morning Post” məlumat yayıb.

Eksperimentdə ilk olaraq pambıq toxumu cücərib. Fotoşəkilləri Çin Kosmik Agentliyi dərc edib. Missiya çərçivəsində Aya müxtəlif bitki və tərəvəz, o cümlədən, kartof və kələm toxumlarının olduğu hermetik saxlanc göndərilib. 

Tədqiqatçılar eksperimentlə kosmik aparatda qapalı ekosistemin yaradılmasının mümkün olub-olmadığını yoxlamaq istəyir. Süni yaradılmış ekosistemdə sürfələr karbon qazı ifraz edəcək, bitkilər isə fotosintez vasitəsilə onu oksigenə çevirəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh