"Ford" və "Volkswagen" pikap və elektromobillər buraxacaq

Avtoxəbər 15 Yanvar 2019 22:15 Oxunub 1157
"Ford" və "Volkswagen" pikap və elektromobillər buraxacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Hələ mətbuat önünə çıxmaq üçün kifayət qədər məlumatımız yoxdur"

"Ford Motor" və "Volkswagen Group" avtomobil istehsalçıları əməkdaşlığı gücləndirir və bir sıra birgə layihələr həyata keçirmək niyyətindədir. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, VW-nin baş direktoru Herbert Dies şirkətlərin yığcam pikap istehsalı üzrə səylərini birləşdirmək niyyətində olduğunu söyləyib.

Bu, Almaniya avtokonserninə bu seqmentdə Amerika bazarına daxil olmağa imkan verəcək. H.Diesin sözlərinə görə, bu, şirkət üçün "Ford" ilə ittifaqın böyük üstünlüklərindən biridir. Bundan əlavə, VW Çattanuqadakı (Tennessi ştatı) "Ford" zavodunda elektromobillərin istehsalına başlamaq üçün, təxminən, 800 milyon ABŞ dolları xərcləyəcək.

Şirkətlər əməkdaşlıq barədə rəsmi bildirişi bu gün Detroyt avtosalonundakı mətbuat konfransında vermək istəyirdi, amma AFP-nin məlumatına görə, onlar bunu təxirə salıb.

"Hələ mətbuat önünə çıxmaq üçün kifayət qədər məlumatımız yoxdur, ona görə də mətbuat konfransını ləğv etmək qərarına gəldik", - "Ford" nümayəndəsi Mark Trubi deyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh