Dünyanın ən bahalı yolsuzluq avtomobili Çində istehsal edildi - FOTO

Avtoxəbər 15 Yanvar 2019 21:01 Oxunub 1646
Dünyanın ən bahalı yolsuzluq avtomobili Çində istehsal edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Layihə cəmi 10 belə avtomobil istehsalı üçün planlaşdırılıb

Pekində dünyanın ən bahalı yolsuzluq avtomobili təqdim edilib. Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, maşının qiyməti 2 milyon dollardır.

Qara rəngli avtomobilin qeyri-adi dizaynı var və “Stels” bombardmançı təyyarəsinə oxşayır. “Karlmann King” adlı markanın hər bir modeli fərdi sifariş əsasında yığılacaq. Layihə cəmi 10 belə avtomobil istehsalı üçün planlaşdırılıb.

Sifarişlə kuzovu gülləkeçirməz də hazırlamaq mümkündür. Bu zaman isə avtomobilin çəkisi 4.5 tondan 6 tona qədər artır. Avtomobilin interyeri xarici görünüşü ilə heç də uyğun deyil. Çünki salon bahalı bir otelin foyesini xatırladır.

“Karlmann King” modelini Avropadan olan mühəndislər komandası istehsal edir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh