Daha bir büdcə təşkilatı son model “Land Cruiser” aldı - 140 minə

Avtobazar 16 Yanvar 2019 08:24 Oxunub 2526
Daha bir büdcə təşkilatı son model “Land Cruiser” aldı - 140 minə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Toyota-Bakı Mərkəzi”nə 139 750 manat ödəniləcək

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis etdiyi “Təhlükəli Tullantılar” MMC 1 ədəd “Toyota Land Cruiser 200” Premium sinifinə aid edilən avtomobilin alınmasına dair “Toyota-Bakı Mərkəzi” ilə tender müqaviləsi imzalayıb. “Finans.az”ın əldə etdiyi məlumata görə, bu satınalma müqabilində “Toyota-Bakı Mərkəzi”nə 139 750 manat ödəniləcək.

Xatırladaq ki, ötən ilin noyabr ayında Sumqayıt Dövlət Universiteti büdcə vəsaitləri hesabına “Toyota Abşeron Mərkəzi”ndən dəyəri 116 000 manat olan “Land Cruiser” avtomobili alıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh