Bakıda avtomobil dirəyə çırpıldı və aşdı – VİDEO

Qəzalar 16 Yanvar 2019 07:19 Oxunub 839
Bakıda avtomobil dirəyə çırpıldı və aşdı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə nəticəsində xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, qəza gecə saat 00:30 radələrində paytaxtın Ziya Bünyadov prospektində olub. 1994-cü il təvəllüdlü Aydın Babazadənin idarə etdiyi “Hyundai Accent” markalı 99 RJ 231 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılıb və çevrilib. Avtomobildə sürücünün yaxın dostu da olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, maşına ciddi ziyan dəyib.

Qəzadan sonra ərazidə tıxac yaranıb, qısa müddətdə nəqliyyatın hərəkəti bərpa olunub.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh