Avtobus aşdı: 14 yaralı - FOTO

Qəzalar 16 Yanvar 2019 08:30 Oxunub 1114
Avtobus aşdı: 14 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralıların vəziyyətinin kafi olduğu bildirilib

Türkiyənin Yalova əyalətində qarın yağması və yolun sürüşkən olması səbəbindən idarəetmədən çıxan sərnişin avtobusu aşıb.

Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 14 nəfər xəsarət alıb.

Hadisə yerinə tibb, polis və xilasetmə briqadaları cəlb olunub.

İlkin tibbi yardımdan sonra 14 nəfər Yalova Dövlət Xəstəxanasına aparılıblar.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh