Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı: 13 yaralı - FOTO

Qəzalar 16 Yanvar 2019 10:07 Oxunub 753
Şagirdləri daşıyan mikroavtobus qəzaya uğradı: 13 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə tibb, polis və xilasetmə əməkdaşları cəlb olunub

Türkiyənin Dənizli əyalətində litsey şagirdlərini daşıyan mikroavtobus qəzaya uğrayıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, intensiv yağan qar və yolun sürüşkən olması səbəbindən sürücünün idarəetməsindən çıxan mikroavtobus aşıb. Qəza nəticəsində 12-si şagird olmaqla 13 nəfər xəsarət alıb.

Hadisə yerinə tibb, polis və xilasetmə əməkdaşları cəlb olunub.

Şagirdlər xilasedicilər tərəfindən mikroavtobusdan çıxarılaraq Təcili Tibbi Yadım maşınları ilə xəstəxanaya aparılıblar. Onlar vəziyyətinin yaxşı olduğu bildirilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh