Gəncənin məşhur polis rəisinin işdən çıxarılması xəbəri yayıldı

Yol polisi 16 Yanvar 2019 12:22 Oxunub 2834
Gəncənin məşhur polis rəisinin işdən çıxarılması xəbəri yayıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faiq Şabanovun və DİN-nin mətbuat xidmətinin telefonlarına etdiyimiz zənglər cavabsız qaldı

Bu dəqiqələrdə Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun tutduğu vəzifədən azad edilməsi ilə bağlı xəbər yayılıb.Gununsesi.org-un əldə etdiyi məlumata görə, bununla bağlı DİN rəhbəri Ramil Usubov sərəncam verib. Nazirin digər sərəncamı ilə Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov Gəncə şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə gətirilib.

Qeyd edək ki, icra başçısı Elmar Vəliyevə sui-qəsd olayından sonra DİN Daxili Təhqiqatlar Şöbəsi Gəncə polisində yoxlamalara başlamışdı. Xəbər redaksiyamıza gecə saatlarında daxil olduğundan onu dəqiqləşdirə bilmədik.

Belə ki, Faiq Şabanovun və DİN-nin mətbuat xidmətinin telefonlarına etdiyimiz zənglər cavabsız qaldı.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh