"Qaydalara riayət edənlərin sayı artıb, qəzalar azalıb" - Vaqif Əsədov - FOTO

Yol polisi 16 Yanvar 2019 12:31 Oxunub 2538
"Qaydalara riayət edənlərin sayı artıb, qəzalar azalıb" - Vaqif Əsədov - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yol polisi məktəbliləri maarifləndirdi

Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polis İdaərsinin, Suraxanı rayon Yol Polis şöbəsinin təşkilatçılığı ilə Suraxanı rayonnda yerləşən 84 saylı orta məktəbdə şagirdlərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki,  aparılan təbliğat işləri nəticəsində yol-nəqliyyat hadisələrində zərər çəkən və həlak olan uşaqların sayının azalmasına  və uşaqların gələcəkdə savadlı, qaydalara əməl edən sürücü, piyada və hərəkət iştirakçısı kimi formalaşmasına öz təsirini göstərəcək. 

Tədbirdə çıxış edən Bakı Şəhər Baş Polis İdaərsinin əməkdaşı  polis mayoru Kəmalə Ələkbərova bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsi bütün orta məktəblərdə bu kimi tədbirlərin keçirilməsini dəstəkləyir və əməkdaşlar  iştirak edir. Bu cür tədbirlər yol hərəkəti qaydalarına riayət edən vətəndaşların, uşaqların və valideynlərin sayının artmasına gətirib çıxarır ki, buda qəzaların azalmasına şərait yaradır. 


Məktəbin direktoru Şəfəq Bibişova da tədbirin keçirilməsinə görə, Bakı Şəhər Baş Polis İdaərsinin eləcə də Dövlət Yol Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib və qeyd edib ki, məktəbdə həyat bilgisi dərsliyində yol hərəkəti qaydaları ilə bağlı müəyyən məlumatlar verilsə də bu cür tədbirlər uşaqlarda daha böyük təssürat yaradır. Onların arasında yol hərəkəti qaydalarının öyrənilməsi yaxşı nəticələrə gətirib çxıardır. Məktəb direktoru onu da qeyd edib ki, bundan sonra dərslərdə uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı əlavə bilgilərin verilməsi müəllimlər tərəfindən təmin eidləcək. 

Məktəbdə eyni zamanda 1 nömrəli uşaq gənclər inkişaf məktəbinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı müxtəlif suallar verib,  şagirdlər isə onun suallarını cavablandırıb. F.Süleymanova piyadalar və digər hərkət iştirakçıları üçün  nəzərdə tutulan yol nişanları və onların mənaları barədə uşaqları məlumatlandırılıb. 
Tədbirdə uşaqlarla sual-cavab edilib və onların arasında fərqlənənlər  seçilərək Yol Polisinin hədiyyələri  təqdim edilib. 

Avtosfer.az saytıın baş redaktoru Elməddin Muradlı da tədbirdə çıxış edərək uşalar arasında yol hərəkəti qaydalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, son beş il ərzində 15 yaşa qədər uşaqların yol nəqliyayat hadisələrinə düşməsi nəticəsində 400 uşaq həlak olub, bu da ağır nəticədir. Gələcəkdə bu rəqəmlərin sayının azaldılması üçün bütün orta məktəblərdə, bağçalarda və ali məktəblərdə təbliğat işi başlanılmaldır.

 

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh