İki yaşlı qız avtomobildən düşdü: anasının xəbəri belə olmadı - VİDEO

Avtosfer TV 16 Yanvar 2019 15:00 Oxunub 2751
İki yaşlı qız avtomobildən düşdü: anasının xəbəri belə olmadı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qadının uşağı təhlükəyə atma cəzası ilə cəzalandırılacağı bildirilib

ABŞ-ın Minnesota əyalətində iki yaşlı qız uşağı hərəkətdə olan avtomobildən yola düşüb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, Chad Cheddar Mock adlı sürücü avtomobilinin kamerasına düşən görüntünü sosial şəbəkədə paylaşıb. Görüntülərdə, hərəkətdə olan maşından uşaq oturacaqla bərabər yola düşdüyü görülür.

Arxasınca sürücü avtomobildən düşür, nəqliyyatın hərəkətini dayandıraraq uşağı yoldan götürür.

İşin təəccüblü tərəfi isə, anasının baş verənlərdən xəbərsiz olması və yoluna davam etməsidir. Hadisə yerinə gələn polis, uşağın kresloya möhkəm bağlanıldığını ancaq avtomobilin oturacağına yaxşı bərkidilmədiyini söyləyib.

Uşağın maşında olmadığını görən ana, hadisənin baş verdiyi yerə qayıdıb. Adı açıqlanmayan qadının uşağı təhlükəyə atma cəzası ilə cəzalandırılacağı bildirilib.

Avtosfer.az DHA-ya istinadən həmin görüntüləri təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh