Avtobusda qadına “təcavüz” adı ilə sifətindən bıçaqlandı

Gündəm 16 Yanvar 2019 15:44 Oxunub 1183
Avtobusda qadına “təcavüz” adı ilə sifətindən bıçaqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə ilə bağlı araşdırma başlanılıb

Türkiyənin Kahramanmaraş əyalətində sərnişin avtobusunda qadına təcavüz edən şəxs bıçaqlanıb. Avtosfer.az Türkiyə mətbuatına istindən xəbər verir ki, hadisə səhər saatlarında Azərbaycan bulvarı istiqamətində hərəkətdə olan sərnişin avtobusunda baş verib. Belə ki, sərnişinlərdən K.Y, qadının yanındakı boş oturacaqda oturub. Qadın biraz sonra narahat olaraq K.Y.-nın yanından qalxıb və başqa yerdə oturub.

Bunu görən digər iki sərnişin, qadına təcavüz iddiası ilə K.Y.-la mübahisə etməyə başlayıb.

Mübahisə bir müddət sonra davaya çevrilib və K.Y. sifətindən bıçaq zərbəsi alaraq yaralanıb.

Hadisə əsnasında sürücü Fuad Yıldız avtobusu yol kənarına çəkib və K.Y. yaralayan şəxslər avtobusdan düşərək qaçıblar.

Yaralı çağrılan Təcili Tibbi Yardım maşını ilə xəstəxanaya apraılıb.

Polis qaçan şubhəliləri tutmaq uçun axtarışlara başlayıb.

Sürücü təcavüz iddialarının yalan olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırma başlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh