Nazir Ramin Quluzadə hava şəraiti ilə bağlı toplantı keçirdi

Gündəm 16 Yanvar 2019 18:40 Oxunub 1192
Nazir Ramin Quluzadə hava şəraiti ilə bağlı toplantı keçirdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Aidiyyatı qurumlara tapşırıqlar verilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilən məlumata əsasən Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 16-18 yanvar tarixinə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib. Nazirin rəhbərliyi ilə operativ qərargah yaradılıb. Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib. Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə göstəriş verilib. Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh