Rostov aeroportunda azərbaycanlı saxlanıldı

Gündəm 16 Yanvar 2019 22:36 Oxunub 663
Rostov aeroportunda azərbaycanlı saxlanıldı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırmalara başlanılıb

Rostovun Platov aeroportunda 1972-ci il təvəllüdlü Azərbaycan vətəndaşı saxlanılıb.

Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, gömrük nəzarətindən keçən zaman onun üzərindən qeydiyyata alınmamış külli miqdarda pul aşkarlanıb. “Azərbaycan vətəndaşının üzərinə baxış zamanı 950 dollar və 720 min rubl aşkarlanıb. Məlum olub ki, o, üzərindəki pulları qeydiyyata salmayıb”, - gömrük xidmətindən bildiriblər.

Kişi deklarasiya haqqında məlumatsız olduğunu bildirib. Ancaq bu, onu məsuliyyətdən azad etmir.

Faktla bağlı araşdırmalara başlanılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh