Şəxsin daxili orqanında narkotik və psixotrop maddələr aşkarlanıb - FOTO

Gündəm 16 Yanvar 2019 22:24 Oxunub 970
Şəxsin daxili orqanında narkotik və psixotrop maddələr aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Dövlət Gömrük Komitəsinin (DGK) Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Astara gömrük postunda saxlanılıb və üzərində şəxsi yoxlama keçirilib.

Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.

Yoxlama zamanı onun daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb və Astara Rayon Mərkəzi Xəstəxanasında aparılan müayinə nəticəsində vətəndaşın düz bağırsağında 3 ədəd uzunsov formalı büküm olduğu müəyyən edilib. Bükümlərə baxış zamanı, ümumi çəkisi 92 qram olan narkotik vasitə-tiryək, qablaşdırması ilə birgə ümumi çəkisi 1,7 qram olan kristal şəkilli psixotrop maddə - metamfetamin, qablaşdırması ilə birgə ümumi çəkisi 6 qram olan narkotik vasitə - heroin, üzərində "M40" yazılı 50 ədəd metadon və 38 ədəd "Clonazepam" həbləri aşkar edilib.

Xatırladaq ki, metadon ölkə ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə, "Clonazepam" adlı dərman preparatı isə ölkə ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddədir.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh