Samuxda azyaşlılara tütün məmulatı satan şəxslər cərimələnib

Gündəm 16 Yanvar 2019 20:15 Oxunub 639
Samuxda azyaşlılara tütün məmulatı satan şəxslər cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu istiqamətdə reydlər davam etdirilir

Yetkinlik yaşına çatmayanlara tütün məmulatı satanlar cərimələnib. Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumatda bildirilib ki, Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində daxil işlər orqanları tərəfindən tədbirlər davam etdirilir. Yanvarın 16-da Samux rayon Polis şöbəsinin əməkdaşları rayon ərazisində növbəti reyd keçiriblər.

Reydlər nəticəsində rayon ərazisində yerləşən mağazalarda satıcıların yetkinlik yaşına çatmayanlara tütün məmulatı satmaları aşkar edilib. Polis əməkdaşları tərəfindən həmin mağazaların 4 satıcısı barəsində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsinə əsasən (Etil (yeyinti) spirti, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasına görə) protokollar tərtib olunmuş və hər biri 100 manat cərimə olunublar.

Bu istiqamətdə reydlər davam etdirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh