“Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsi başlayıb

Gündəm 16 Yanvar 2019 20:29 Oxunub 760
“Range Rover”lə qəza törədən polis əməkdaşının məhkəməsi başlayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, X.Məmmədovun himayəsində 2 azyaşlı uşaq var.

Məhkəmənin baxış iclası yanvarın 23-nə təyin edilib.

Qeyd edək ki, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin idarə etdiyi “Ford” markalı avtomobil toqquşub. Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucov ilə Rahib Əliyev hadisə yerində ölüb.

Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron rayon Polis idarəsinin əməkdaşı, polis serjantı Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh