Dəmir yolunda təcili yardım lokomotivi istifadəyə veriləcək

Gündəm 16 Yanvar 2019 21:55 Oxunub 697
Dəmir yolunda təcili yardım lokomotivi istifadəyə veriləcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda İranda 3 min yardım məntəqəsi var

İranda ilk dəfə dəmiryolunda təcili yardım lokomotivi istifadəyə veriləcək. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, İranın Dəmiryol İdarəsi rəsmiləri ilə həyata keçirilən razılaşmalara əsasən, ölkədə 30 dəmiryolu təcili yardım lokomotivi yaradılır.

İranın Təcili Yardım Təşkilatının rəhbəri Pirhüseyn Kulivənd deyib ki, ilk dəmiryolu təcili yardım lokomotivi Şahrudda, sonra isə Həmədanda istifadəyə veriləcək.

Kluivənd deyib ki, hazırda İranda 3 min yardım məntəqəsi var. Bundan əlavə, 41 havadan yardım məntəqəsi, 320 təcili yardım motosikleti fəaliyyət göstərir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh