TIR qırmızıda gözləyən mikroavtobusa çırpıldı: 12 yaralı - FOTO

Qəzalar 16 Yanvar 2019 21:01 Oxunub 1240
TIR qırmızıda gözləyən mikroavtobusa çırpıldı: 12 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yaralılara ilkin tibbi yardım göstərilib

Türkiyənin İzmir əyalətinin Kamalpaşa rayonunda TIR qırmızı işıqda gözləyən işçiləri daşıyan mikroavtobusa çırpılıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 12 nəfər xəsarət alıb. Hadisə yerinə çox sayda tibb, polis və xilasetmə əməkdaşları cəlb olunub.

Əraziyə gələn xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalan yaralıları oradan çıxarıblar.

Tibb əməkdaşları isə yaralılara ilkin tibbi yardım göstərib və daha sonra maşınlarla xəstəxanalara aparıblar.

Polis baş verən qəza ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh