Avtomobil yük maşınına çırpıldı: 4 ölü, 2 yaralı - FOTO

Qəzalar 17 Yanvar 2019 08:25 Oxunub 1075
Avtomobil yük maşınına çırpıldı:  4 ölü, 2 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib

Türkiyənin Konya əyalətində yolun buz bağlaması səbəbindən sürücüsünün idarəetməsindən çıxan avtomobil, yük maşınına çırpılıb. Avtosfer.az DHA-ya istinadən xəbər verir ki, qəza nəticəsində bir ailədən olan 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Hadisə yerinə polis, xilasetmə və tibb əməkdaşları cəlb olunub.

Yaralılar Təcili Tibbi Yardım maşını ilə Karapınar Dövlət Xəstəxanasına aparılıblar.

Xəsarət alanlardan birinin vəziyyətinin ağır olduğu bildirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh