Sürücü avtomobili 3 piyadanın üzərinə sürdü - VİDEO

Avtosfer TV 17 Yanvar 2019 23:24 Oxunub 1233
Sürücü avtomobili 3 piyadanın üzərinə sürdü - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Görüntülər bir evin təhlükəsizlik kamerası tərəfindən qeydə alınınb

ABŞ-da sürücü avtomobilini naməlum səbəbdən 3 piyadanın üzərinə sürüb. Avtosfer.az xəbər verir ki, Portland şəhərində baş verən hadisənin görüntüləri bir evin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə səkidə piyada gedən üç gənc görünür. Sonra səkiyə çıxaraq onlara tərəf gələn avtomobili görən gənclər qaçmağa başlayır. Maşın sürətlə hərəkət ediyi üçün gənclərdən ikisi qaçmağı bacarsa da arxadakı şəxs buna nail ola bilməyib. Avtomobilin vurduğu gənc qalxaraq digər 2 nəfərlə qaçmağa davam edir. Sürücü isə ara küçələrə girərək qaçır.

Görüntüləri izləyən ev sahibi vəziyyəti dərhal polisə bildirib. Polisin verdiyi açıqlamada bildirilib ki, qonşulardan heç kəsin bu hadisəyə şahid olmadığını, avtomobil sürücüsünün və yaxud gənclərdən hər hansısa polislə əlaqə saxlamayıb. Sürücünün axtarışları davam etdirilir.

Avtosfer.az DHA-ya istinadən baş verən hadisənin görüntülərini təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh