Oğurladıqları maşınla qaçan şəxslərdən biri başından vuruldu - FOTO

Avtosfer Foto 17 Yanvar 2019 12:03 Oxunub 2195
Oğurladıqları maşınla qaçan şəxslərdən biri başından vuruldu - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Oğrulardan digəri isə hadisə yerindən qaçıb

İstanbulun Qartal rayonunda oğurladıqları avtomobillə qaçan 2 şəxsdən biri başından vurulub. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib. Belə ki, bir binanın qarşısından "Cip" oğurlayan iki şəxs avtomobillə qaçmağa başlayıblar. Aralarında binanın təhlükəsizlik işçisinin də olduğu 3 nəfər onların arxasınca düşüb. Təhlükəsizlik işçisinin açdığı atəş nəticəsində maşının sürücü oturacağında olan şəxs başından vurulub. İdarəsiz qalan avtomobil yol kənarında mikroavtobusa çırpılaraq dayanıb. Şəxslərdən digəri isə hadisə yerindən qaçıb.

Polis baş verən hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh