Şiddətli külək dam örtüyünü qadının və 5 avtomobilin üstünə atdı: Ayağı sındı - VİDEO

Avtosfer TV 17 Yanvar 2019 14:47 Oxunub 1671
Şiddətli külək dam örtüyünü qadının və 5 avtomobilin üstünə atdı: Ayağı sındı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə gələn polis ərazidə təhlükəsizlik tədbirləri görüb

Türkiyənin Adıyaman əyalətində şiddətli fırtına dam örtüyünü qadının və 5 avtomobilin üzərinə atıb. Avtosfer.az xəbər verir ki, hadisə səhər saatlarında Əsəntəpə məhəlləsində baş verib. Yerdə tullantı vəziyyətində qalan dam örtüyü şiddətli külək səbəbindən havaya qalxaraq, hələ adı məlum olmayan qadının və park edilmiş 5 maşının üzərinə düşüb. Nəticədə qadının ayağında qırıqlar əmələ gəlib, 5 avtomobilə isə maddi ziyan dəyib. Hadisə yerinə gələn polis ərazidə təhlükəsizlik tədbirləri görüb.

Baş vermiş hadisənin görüntüləri binada yerləşdirilmiş təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Avtosfer.az DHA-ya istinadən həmin görüntüləri təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh