Azərbaycanda yeni “Mercedes-Benz GLE” üçün sifarişlərin qəbulu davam edir – FOTO

Avtoxəbər 17 Yanvar 2019 15:10 Oxunub 1267
Azərbaycanda yeni “Mercedes-Benz GLE” üçün sifarişlərin qəbulu davam edir – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bazara çıxmazdan öncə GLE tamamilə yeni mühərrik diapozonu və yeni 4Matic sistemi ilə təmin olunacaq

Mercedes-Benz-in Azərbaycandakı dilerləri yeni yolsuzluq avtomobili Mercedes-Benz GLE üçün əvvəlcədən sifarişlərin qəbulunu davam etdirir. Avtomobilin satışına 2019-cu ilin ikinci rübünün əvvəlində başlanılacaq. 
Xatırladaq ki, yeni Mercedes-Benz GLE ilk dəfə olaraq 2018-ci liin oktyabrında Paris avtosalonunda təqdim edilib.
Yeni Mercedes-Benz GLE-nin xarici dizaynı avtomobilin idman görünüşünü yaratmaqla yanaşı, həm də eyni zamanda SUV sinifli avtomobil seqmentində aerodinamikada yeni bir rekorda imza atmış olur. Modelin təkər bazası 80 millimetr artıb. Tam elektik tənzimlənməsi ilə təmin edilmiş ikinci sıra oturacaqlar əlavə rahatlığı təmin edəcək.  
Bazara çıxmazdan öncə GLE tamamilə yeni mühərrik diapozonu, eləcə də yeni 4Matic sistemi ilə təmin olunacaq. Avtomobildə ən yeni nəsil MBUX – Mercedes-Benz User Experience multimedia sistemi istifadə olunur. 
Burada geniş formatlı görünüşün təmin edilməsi üçün yanaşı yerləşən, hər biri 12,3 düym (31,2 santimetr) diaqonala malik olan iki böyük ekrandan istifadə edilir.
Sifarişlər aşağıdaki ünvanlarda qəbul edilir:

Autostar Kaukasus
Tel.: +994 12 496 50 50 / +99412 976 

Abşeron Avtomobil Mərkəzi
Tel.: + 994 12 347 78 00

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh