Sürücülərə pis xəbər; Bakıda bu dairədən əlinizi üzün - VİDEO

Avtoxəbər 27 Fevral 2015 10:32 Oxunub 4206
Sürücülərə pis xəbər; Bakıda bu dairədən əlinizi üzün - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qələbə dairəsindən «20 Yanvar» istiqamətinə birbaşa hərəkət tam qadağan edildi

İki aya yaxındır ki, Bakının Yasamal rayonu ərazisində – Qələbə meydanındakı dairədə nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik edilib. Bu dəyişiklik əvvəlcə müvəqqəti xarakter daşıyırdı. Çünki rəsmi qurumlar bəyan etmişdilər ki, Qələbə dairəsindən «20 Yanvar» istiqamətinə hərəkət müvəqqi olaraq dəyişdirilib. Sürücülər Qələbə dairəsindən Nəqliyyat Nazirliyi istiqamətinə hərəkət edib körpünün altından geri dönməklə yenidən Qələbə dairəsinə qayıtdıqdan sonra sağa – «20 Yanvar»a tərəf gedirdilər. Bu addımın atılması onunla əlaqələndirilirdi ki, Ziya Bünyadov prospekti istifadəyə verildiyi üçün nəqliyyat axını sürətlənib və Salamzadə küçəsindən Qələbə meydanına daxil olan nəqliyyat vasitələrinin sayı artıb. Bu isə həmin dairədə sıxlıq yaranmasına səbəb olur. Dəyişiklikdən sonra Salamzadə küçəsindən Qələbə dairəsinə daxil olan yol «Baş yol» hesab olunur. Dairəyə bütün istiqamətlərdən daxil olan nəqliyyat vasitələri Salamzadə küçəsindən gələnlərə yol verməlidir.

Avtosfer.az xəbər verir ki, yeni qaydalar əvvəl müvəqqəti tətbiq olunurdu. Yəni, dairədən «20 Yanvara» tərəf gedən yola beton laylar qoyub yolu bağlamışdılar. Lakin artıq iki gündür həmin beton laylar oradan götürülüb və yerində yaşıllıq salınır. Bu isə o deməkdir ki, artıq bundan sonra Zərdabi küçəsindən Qələbə dairəsinə daxil olub geriyə və ya «20 Yanvar» istiqamətində hərəkət mümkün olmayacaq. Bunun üçün dairəyə daxil olub sağa və sağ yolla Nəqliyyat Nazirliyinə tərəf hərəkət etməli, körpünün altından geriyə dönüb Qələbə dairəsinə tərəf qayıtmalısan.

 

Elməddin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh