“Avtoş” sürücü tutuldu: 5 min cərimə yazıldı, 2 ilə qədər həbs - VİDEO

Avtosfer TV 18 Yanvar 2019 12:01 Oxunub 1447
“Avtoş” sürücü tutuldu: 5 min cərimə yazıldı, 2 ilə qədər həbs - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülük vəsiqəsidə 60 gün müddətinə əlindən alınıb

Yük maşını ilə drift edən sürücü cərimələnib. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa əyalətində baş verib. Yağışlı havada yolda yük maşını ilə drift edən sürücünün görüntüləri arxada olan avtomobilin təhlükəsizlik kamerasına düşüb. Vətəndaşlar, digər sürücülərin malını və həyatını heçə sayan “avtoş”a sərt reaksiya veriblər. Video sosial şəbəkəyə və xəbər saytlarında yayımlandıqdan sonra polis araşdırmalara başlayıb. Görüntüləri şikayət kimi qəbul edən polis, yük maşınının qeydiyyat nömrəsini müəyyən edərək sürücünü tapıb.

Ona 5 min 10 lirə pul cəzası kəsilib və sürücülük vəsiqəsidə 60 gün müddətinə əlindən alınıb. Yük maşının sürücüsü məhkəməyə cəlb edilərək 2 ilə qədər həbs cəzası ilə mühakimə olunacaq.

Avtosfer.az İHA-ya istinadən həmin görüntüləri təqdim edir:

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh