Müfəttişlər sürücünü vəhşicəsinə döyüb - FOTO

Xəbərlər 27 Fevral 2015 11:51 Oxunub 1771
Müfəttişlər sürücünü vəhşicəsinə döyüb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şuşa rayonundan olan məcburi köçkün Şaiq Salahzadə polisə ərizə ilə müraciət edib

Bakıda Nəqliyyat Nazirliyinin müfəttişləri sürücünü döyüb. Avtosfer.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 26-da axşam saatlarında “Koroğlu” metrostansiyasının yaxınlığında qeydə alınıb. Şuşa rayonundan olan məcburi köçkün, 1978-ci il təvəllüdlü Şaiq Fərman oğlu Salahzadə polisə ərizə ilə müraciət edərək bildirib ki, 26 fevral 2015-ci il tarixdə saat təxminən 19 radələrində Heydər Əliyev prospekti 109 ünvanının qarşısında Nəqliyyat Departamentinin 3 əməkdaşı tərəfindən xuliqanlıq zəminində döyülüb. Şikayətçinin ərizəsi əsasında polis tərəfindən araşdırmalara başlanıb.

Döyülən sürücü şikayətində taksi fəaliyyəti ilə məşğul olmadığını bildirib: “Mən qonaq qarşılamaq üçün metronun qarşısında gözləyirdim. Tanımadığım 3 nəfər maşına əyləşərək sifariş verdi. Onlara taksi fəaliyyəti ilə məşğul olmadığımı dedim. Lakin onlar inanmadılar və məni döydülər”.

Döyülən sürücünün fotolarını təqdim edirik.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh