BNA nişanlarda dəyişiklik edəcək - Dayanma-durmaya görə

Avtoxəbər 18 Yanvar 2019 19:13 Oxunub 1490
BNA nişanlarda dəyişiklik edəcək - Dayanma-durmaya görə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Dayanma və durmanın qadağan olunan yerlərdə

Payatxtda qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilməkdədir. Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.

Məlumata görə, bir çox mərkəzi yollarda nəqliyyat axını normallaşıb, hərəkətin intensivliyi artıb. "Bunu nəzərə alaraq dayanma və durmanın qadağan olunan yerlərdə yenidən 3.27 nişanının tələbinin günün saatlarına və həftənin iş və qeyri-iş günlərinə uyğun qüvvədə olması, onun qüvvədə olduğu sahənin dəqiqləşdirilməsi, bəzi yerlərdə həmin nişanın durmanı qadağan edən 3.28 nişanı ilə əvəz edilməsi ilə bağlı məsələlər nəzərdən keçirilir. Növbəti ayda təhlillərin nəticəsində məqsədəuyğun hesab edilən yerlərdə mövcud nişanlarda qanunvericiliyin tələbinə uyğun dəyişikliklər ediləcək", - deyə qurum bəyan edib.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh