Yıxılanda dura bilən robot-it hazırlandı – VİDEO

Texnologiya 18 Yanvar 2019 21:36 Oxunub 1551
Yıxılanda dura bilən robot-it hazırlandı – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Gələcəkdə belə botlardan inşaatda, xilasetmə əməliyyatlarında, risk və təhlükə olan başqa yerlərdə istifadə etmək olar

İsveçrəli alimlər və "Robotic Systems Lab" laboratoriyası təsadüfən aşandan və ya insanın vurduğu zərbədən sonra ayağa dura bilən robot yaradıblar.

Avtosfer.az milli.az-a istinadən bildirir ki, "ANYmal" adlı robot "it" üçün xüsusi neyroşəbəkə hazırlanıb. Bu şəbəkə hər yıxılandan sonra informasiya bazasını artırır, robotu müxtəlif situasiyalara alışmış vəziyyətə çatdırır. Neyroşəbəkəyə məlumatlar ilkin mərhələdə kompüter modelləşdirilməsi vasitəsilə daxil edilib. Yalnız kompüterlərdə ciddi testlərdən sonra mühəndislər robot-iti itələyərək yıxmağa başlayıblar. Təbii ki, "ANYmal" əyləncə üçün hazırlanmır. Gələcəkdə belə botlardan inşaatda, xilasetmə əməliyyatlarında, risk və təhlükə olan başqa yerlərdə istifadə etmək olar.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh