Polis zabiti cin çıxardı – VİDEO 

Maraqlı 27 Fevral 2015 13:10 Oxunub 2132
Polis zabiti cin çıxardı – VİDEO 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rikardo Betti: "Gecə nə etdiyimi xatırlamıram. Yəqin, vücuduma İblis girmişdi"

"İblis! Çıx bu biçarənin bədənindən! Cinlərini də topla, rədd ol! İblis, çıx, rədd ol!"

Latın dilində deyilən bu kəlmələrdən sonra "İblis əsiri olan" adam başını yelləməyə, səndirləməyə başlayıb, sonda yıxılıb. Avtosfer.az xəbər verir ki, Amma onun qollarından tutub qaldırıblar. Olay Braziliyanın Qoyas ştatındakı Qoyanira şəhərində yaşanıb. 28 yaşlı Rodrigo Betti gecə klublarından birində içib sərxoş olandan sonra küçəyə çıxıb, yolla keçənlərə sataşmağa, onlara söyməyə və bağırmağa başlayıb. Hadisə yerinə polis çağırılıb. 36 yaşlı polis leytenantı Rikardo Mendes də olay yerinə gələndə "bədəməlin vücuduna İblis yerləşdiyini" gördüyünü söyləyir. "O, başını aşağı salaraq çox heybətli səslə xırıldayır, nə isə pıçıldayırdı. Anlaşılmaz dildə danışırdı. Bu zavallının İblisə əsir düşdüyünü dərk etdim və ekzorsizmə başladım", - mömin, ən başlıcası isə savadlı katolik olduğunu vurğulayan Rikardo Mendes söyləyib. Ekzorsizm, yəni vücuddan cin çıxarma əməiyyatına başlayan polis leytenantı sərxoş Bettinin başından tutaraq onun qulağına latınca dualar pıçıldayıb, sonra da İblisi "qovmağa" başlayıb. Bir müddət sonra sakitləşən Betti sanki yuxudan ayılıb və polisə minnətdarlıq edib. "Heç nə yadımda deyil. Gecə nə etdiyimi xatırlamıram. Yəqin, vücuduma İblis girmişdi", - Rikardo Betti söyləyib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh