Balakən sakinlərinin qanunsuz saxladıqları silahlar götürülüb

Avtoxəbər 19 Yanvar 2019 10:29 Oxunub 1164
Balakən sakinlərinin qanunsuz saxladıqları silahlar götürülüb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Balakən rayon sakinlərindən odlu silah götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinin və Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayonun Katex kənd sakinləri Tural Nürəddinov və Rəhman Afraimovdan müvafiq sənədləri olmayan 2 ədəd 16 kalibrli qoşalülə ov tüfəngi aşkar edilərək götürülüb.

Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh