Şəhidlər xiyabanı ziyarətə hazırdır - VİDEO

Gündəm 19 Yanvar 2019 21:38 Oxunub 3806
Şəhidlər xiyabanı ziyarətə hazırdır - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İnsanlar azadlıq carçılarını ziyarət etməyi vətəndaşlıq borcu hesab edirlər

Şəhidlər xiyabanında 20 yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı hazırlıqlar başa çatıb. Xiyabanda hər tərəf şəhidlərin ruhuna hörmət əlaməti olaraq qırmızı qərənfillərlə bəzədilib. Avtosfer.Az xəbər verir ki, artıq bu gündən minlərlə insan xiyabana axın etməyə başlayıb.

 

Sabah ümümxalq hüzn gündür. 20 yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb və ziyarətçiləri qəbul etməyə tam hazırdır. Hər il olduğu kimi bu ildə faciə rəmzi olan qərənfillərdən Şəhidlər xiyabanına girişdə xalça kompozisiyası hazırlanıb.

 

Bu boynu bükük qırmızı qərənfillər düz 29 ildir ki, hər il Şəhidlər xiyabanını bəzəyir. Xiyabanın girişindən başlayaraq şəhidlərin məzarlarına qədər qərənfillər düzülüb. Xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz güşəli ulduzlar vurulub.

 

Əraziyə güllərdən xalça döşənib. Pilləkənlərdə ağ və qırmızı qərənfillərlə "20 Yanvar" sözü yazılıb. Anım gününə 1 gün qalsa da, uşaqdan böyüyə xeyli insan şəhidləri ziyarət edir.

 

İnsanlar azadlıq carçılarını ziyarət etməyi vətəndaşlıq borcu hesab edirlər.

 

Şəhidlərin uyuduğu bu məkanı ziyarət edənlər arasında qanlı faciənin şahidləri də var .

 

Ziyarətə gələnlər arasında şəhid ailələri də var. Onlar faciənin üzərindən 29 il ötməsinə baxmayaraq, 20 yanvar gününü eyni ağrıyla xatırlayırlar.

 

Sabah səhər saat 8-dən başlayaraq 20 Yanvar faciəsinin 29-ci ildönümü münasibətilə xiyaban ziyarətçiləri qəbul edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh