Bakı Şəhər Baş Polis İdarəsi "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb

Gündəm 19 Yanvar 2019 22:29 Oxunub 742
Bakı Şəhər Baş Polis İdarəsi "Milli Şura"nın mitinqi ilə bağlı məlumat yayıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb

Yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda BakıŞəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

Bakı Şəhər Baş Polis İdarəsindən Avtosfer.Az-a verilən məlumata görə, saat 15.00-dan 17.00-dək davam edən toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800 (iki min səkkiz yüz) nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

İctimai asayişin və hüquq qaydasının kobud şəkildə pozulması halları qeydə alınmayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh