Avtomobilin başına gəlməyən qalmadı - VİDEO

Maraqlı 27 Fevral 2015 13:33 Oxunub 1925
Avtomobilin başına gəlməyən qalmadı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kanadalı avtomobilini tapa bilmək üçün qarın içində axtarışa çıxıb

Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, axşam evin önündə saxladığı avtomobili tapa bilmək üçün, səhər tunel qazmalı oldu. Bu görüntülər Kanadada lentə alınıb. Gecənin qaranlığında qəfil başlayan qasırğa şəhəri hündürlüyü bir neçə metrə çatan qar yorğana bürüyüb. Evin qapısını açanda hündürlüyü 3 metrə çatan qarla qarşılaşan kanadalı avtomobilini tapa bilmək üçün qarın içində axtarışa çıxıb. Bunun üçün buzlu tunel qazmalı olan sakin sonda maşınını tapa bilib. Amma Marsel Lendri adlı gəncin məşəqqəti bununla da bitməyib. Bu dəfə o tapdığı maşınla avtomobil yoluna çıxa bilmək üçün yeni tunellər qazmalı olub. Bu tuneli qaza bilmək üçün 6  saat vaxt itirən kanadalı  ətraf aləmlə əlaqə qura bilmək üçün yeni xətlər çəkib.  Beləliklə o müntəzəm şəkildə bir həftəni tunel qazaraq keçirib. Sinoptiklər havaların yaxın günlərdə düzəlməyəcəyini proqnozlaşdırıb. Bu o deməkdir ki,  Marsel daha bir neçə gün tunel qazmalıdır. Baxmayaraq ki, onun buz altında yaratdığı səltənətin ömrü o qədər də uzun deyil. 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh