Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Gündəm 19 Yanvar 2019 23:37 Oxunub 954
Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramovda iştirak edib

Tədbirdə mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Avtosfer.Az xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Yanvarın 29-cu ildönümünə həsr olunan xatirə tədbiri keçirilib.

 

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, nazirliyin kollektivi, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Gecədə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Volfqanq Amadey Motsartın “Rekviyem” əsəri səsləndirilib. Tədbirdə həmçinin, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər – Xalq artisti Gülbacı İmanova), əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Əliəhməd İbrahimov, Anton Ferştandt çıxış ediblər.

 

Təqdim olunan musiqi nömrələri Azərbaycanın istiqlalı və ərazi bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsinə ehtiramın ifadəsi idi.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh