ABŞ-da güclü qara görə 6,7 mindən çox aviareys ləğv olunub

Maraqlı 20 Yanvar 2019 08:26 Oxunub 1270
ABŞ-da güclü qara görə 6,7 mindən çox aviareys ləğv olunub
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Həmçinin qatarların hərəkəti məhdudlaşdırılıb

ABŞ-ın şimal-şərq hissələrində bərk qar yağması səbəbindən 6783 aviareys ləğv olunub.

Avtosfer.Az“Report”a istinadən xəbər verir ki, bu barədə "FlightAware" saytı məlumat yayıb.

CNN telekanalının məlumatına görə, pis hava şəraitinin törətdiyi fəsadlar Missuri və Men ştatları arasındakı ərazidə yaşayan 100 milyon insana təsir edə bilər.

Belə ki, Tennesi və Missisipi ştatlarında yağış və tufan davam edir, İllinoys, Miçiqan və Ohayoda şiddətli külək əsir, Nyu-York və Pensilvaniya ştatlarında isə sinoptiklər yağış və bol qar proqnozlaşdırırlar.

Bildirilir ki, pis hava şəraiti ilə əlaqədar olaraq Nyu-York qubernatoru Endryu Kuomo ştat yollarının böyük hissəsində avtobus və qoşqulu yük maşınlarının hərəkətini qadağan edib.

Həmçinin qatarların hərəkəti məhdudlaşdırılıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh