Bakıda güclü külək mərasim evini uçurub - VİDEO

Gündəm 20 Yanvar 2019 15:09 Oxunub 630
Bakıda güclü külək mərasim evini uçurub - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sakinlər mərasim evinin bərpasına köməklik göstərilməsini xahiş edirlər

Bakıda güclü külək mərasim evini uçurub. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, yanvarın 16-dan 17-nə keçən gecə Abşeron ərazisində hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində mərasim evi uçub. Güclü külək Xətai rayonu, Zığ şosesi, Ümid Sağlamlıq Mərkəzində müvəqqəti məskunlaşan məcburi köçkünlərin istifadə etdikləri mərasim evinin damını və binanın divarını uçurub. Hadisə nəticəsində xəsarət alan olmasa da, obyektə maddi ziyan dəyib. Sakinlər əlaqədar təşkilatların mərasim evinin bərpasına köməklik göstərilməsini xahiş ediblər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh