DYP səhv tərtib edilmiş protokol barədə açıqlama verdi

Yol polisi 20 Yanvar 2019 15:22 Oxunub 36281
DYP səhv tərtib edilmiş protokol barədə açıqlama verdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Problem həllini tapıb

Bu gün DYP tərəfindən "Mercedes" markalı avtomobilin sürücüsünə "BMW" markalı avtomobilin sürücüsünün cəriməsinin göndərilməsi barədə yazı dərc etmişdik. Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev Avtosfer.az-a məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, BDYPİ-nin Mərkəzi İnformasiya Sisteminin məlumatına əsasən 06.01.2019-cu il tarixdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsində nəzərdə tutulmuş xətaya yol verilməsi xüsusi texniki vasitənin köməyi ilə aşkar edilmiş EQ 490619 Qanunvericiklə müəyyən edilmiş qaydada elektron qərar tərtib olunub. Elektron qərara baxış keçirilərkən texniki səbəbdən qayda pozuntusuna yol vermiş avtomobilin dövlət qeydiyyat nişanının D hərfi əvəzinə P kimi qeydə alınması müəyyən edilib. Bununla bağlı DİN BDYPİ-nin Mərkəzi İnformasiya Sistemindəki uyğunsuzluq aradan qaldırılaraq qayda pozuntusu törətmiş “BMW” markalı avtomobilinin sürücü barəsində müvafiq sənədləşmə aparılıb."

Bundan əlavə Rüfət Quliyev qeyd edib ki, yol hərəkəti iştirakçıların nəzərinə çatdırırıq ki, analoju uyğunsuzluqla rastlaştdıqları hallarda, Baş DYP İdarəsinin www.dyp.gov.az rəsmi internet saytına və ya “902 Qaynar Xətt” mərkəzinə müraciət etsinlər.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh