Təyyarənin arxasınca sürüşüb rekord vurdu - VİDEO

Maraqlı 27 Fevral 2015 14:40 Oxunub 1732
Təyyarənin arxasınca sürüşüb rekord vurdu - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Rekord cəhdi İsveçrənin Enqadin hava limanında gerçəkləşib

Avtosfer.az atvxəbər-ə istinadən xəbər verir ki, təyyarənin arxasınca sürüşərək sürət rekordu vurdu. Böyük Britaniyalı Ceymi Barrou qeyri-adi çıxışla adını ginesin rekordlar kitabına yazdırıb. Ötən il avtomobilin arxasına bərkidilmiş kəndirdən yapışmaqla snoubordla  100 km/saata yaxın sürət yığan Ceymi, bu dəfə təyyarə sayəsində daha yüksək sürət yığıb. Rekord cəhdi İsveçrənin Enqadin hava limanında gerçəkləşib. Kiçik mühərrikli təyyarəyə birləşdirilən kəndirdən yapışan britaniyalı hava nəqliyyatı ilə birgə qar üzərində sürüşməyə başlayıb. 1200 at gücündə olan təyyarə sürətləndikcə, snoubordçu həm rekorda, həm də ölümə bir az da yaxınlaşıb. Sürətplçən cihaz saatda 125 km-i göstərəndə, hələ də salamat olan britaniyalı dünyada analoqu olmayan rekorda imza atıb. Kənardan izləyənlərə asan gələn sürüşmənin tükürpədici tərəfləri də var.  Belə ki, 125 km sürətlə sürüşən insanın müvazinətini itirməsi ölümlə nəticələnə bilərdi. Belə vəziyyətdə onu təhlükəsizlik kəməri, nə də hava yastığı qoruyacaqdı. Bununla belə  yeni dünya rekordu vuran Ceymi Barrou deyəsən qorxana oxşamır. O qarşıdan gələn aylarda daha çox məşq edərək, təyyarə ilə daha təhlükəli rekordlar vurmağa çalışacaq. Ceyminin növbəti rekord cəhdində təyyarə bu dəfə yerlə yox, göylə hərəkət edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh