Polis avtomobili ilə zibil maşını toqquşdu: 2 polis xəsarət alıb - FOTO

Avtosfer TV 20 Yanvar 2019 15:43 Oxunub 1478
Polis avtomobili ilə zibil maşını toqquşdu: 2 polis xəsarət alıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb

Türkiyənin Dənizli əyalətində polis avtomobili ilə zibil daşıyan maşın toqquşub. Avtosfer.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, toqquşmanın şiddətindən zibil maşını aşaraq sürüklənib. Hadisə nəticəsində iki polis xəsarət alıb.

Qəza yerinə çox sayda polis və tibb əməkdaşları cəlb olunub.

Yaralılara ilkin tibbi yardım edildikdən sonra xəstəxanaya aparılıblar.

Aşan zibil maşınından çıxan təmizlik işçiləri yola tökülən zibilləri və qəza əsnasında avtomobillərdən qopan parçaları toplayıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh