Azərbaycan polisindən Qarabağ qazisinə sayğı - FOTO

Yol polisi 20 Yanvar 2019 22:50 Oxunub 1291
Azərbaycan polisindən Qarabağ qazisinə sayğı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu zaman polislərdən biri göz yaşlarını saxlaya bilməyib

Bu gün Şəhidlər Xiyabanının ziyarət zamanı yaşanan bir hadisə ətrafdakıları göz yaşlarına qərq edib. Avtosfer.az xəbər verir ki, şəhid olmuş döyüş yoldaşlarını, həmçinin 20 Yanvar qurbanlarını ziyarət etmək istəyən Qarabağ qazisi Şəhidlər Xiyabanının pillələrini əlil arabası ilə çıxa bilməyib. Bu zaman yaxınlıqda xidmət aparan polis əməkdaşları əsgər paltarında, əlində qərənfillər olan qazinin yardımina tələsiblər. Polislər sayğı ilə əlil arabanı götürərək pilləkənləri qaldırıblar və ona ziyarət üçün yadım ediblər. Bu zaman polislərdən biri göz yaşlarını saxlaya bilməyib.

Qeyd edək ki, Qarabağ əlilləri Bakı şəhər icra hakimiyyətinə dəfələrlə müraciət edərək şəhid olmuş döyüş yoldaşlarını ziyarət zamanı əziyyət çəkdiklərini, ora əlillər üçün nəzərdə tutulmuş pandusların quraşdırılmasını istəyiblər.

Orxan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh