Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı - VİDEO

Xəbərlər 21 Yanvar 2019 00:48 Oxunub 2125
Avtomobili sığorta olunan şəxsə 3 dəfə cərimə yazıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cərimələri sığorta şirkəti ödəyəcək

Avtomobili icbari sığorta olunan şəxsə 3 dəfə cərimə yazılıb. Hadisə paytaxt sakini Canbaxış Nəcəfovun başına gəlib. O, ötən ilin oktyabr ayının 25-də dövlət qeydiyyat ''90-VS-037'' olan avtomobilini növbəti 1 il üçün icbari sığorta etdirib. Buna baxmayaraq, onun avtomobilinə noyabr ayının 4-də, dekabr ayının 7-də və bu ilin yanvar ayının 2-də sığorta olunmadığına görə cərimə protokolları tərtib edilib.

Bundan sonra avtomobil sahibi məsələnin araşdırılması üçün aidiyyatı qurumlara ərizə ilə müraciət edib.

Məsələ ilə bağlı avtomobilin sığorta olunduğu şirkətlə əlaqə saxladıq. Şirkətin nümayəndəsi bildirdi ki, avtomobilin sığortasının qüvvəyə minməməsinin səbəbi sistemdə yaranan texniki problem olub. Buna görə də, avtomobilə cərimə protokolu tərtib edilib. Bu gündən həmin müqavilə qüvvəyə minib. Həmçinin o da bildirildi ki, sığorta şirkət tərəfindən sürücüyə yazılan həmin cərimələr də bu gün ödəniləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh