İki avtomobil toqquşdu: 1 ölü, 3 yaralı - FOTO

Qəzalar 21 Yanvar 2019 07:36 Oxunub 2017
İki avtomobil toqquşdu: 1 ölü, 3 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis hadisə ilə bağlı araşdırma aparır

Türkiyənin Sakarya əyalətində iki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər isə xəsarət alıb. Avtosfer.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, hadisə yerinə çox sayda tibb və xilasetmə briqadaları cəlb olunub.

Qəzada avtomobildə olan Nazlı O., Məhmət Dəmirdaş, Raziye Şeyma Y. və Əhməd B.K. yaralanıb. İlkin tibbi yardımdan sonra yaralılar xəstəxanaya aparılıblar.

Yaralı Məhmət Dəmirtaş bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Bildirilir ki, qəzada həyatını itirən Məhmət Dəmirtaş Nazlı O. ilə nişanlı olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh